Xalq rəssamı Fazil Nəcəfov dəfn olunub

Xalq rəssamı Fazil Nəcəfov dəfn olunub
 

Xalq rəssamı Fazil Nəcəfov dəfn olunub.

APA xəbər verir ki, o, Buzovnadakı qəbiristanlıqda dəfn edilib.

Dəfndə Mədəniyyət Nazirliyinin nümayəndələri, mərhumun ailə üzvləri, yaxınları və sənət dostları iştirak edib.

Qeyd edək ki, Fazil Nəcəfov 7 may 1988-ci ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi", 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının Xalq rəssamı" fəxri adlarına layiq görülüb.

Rəssam 15 fevral 2020-ci ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif edilib.

0.019040107727051