Xocavənd və Beyləqan xəstəxanasından qovulan direktor Sabunçu rayon xəstəxanasına direktor təyin olunub
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Fövqaladə Hallar Naziri Kamaləddin Heydərovun himayə etdiyi deyilən, qohumu (K. Heydərovun qaynı Nurəngiz Bəşirovanın dünyasını dəyişmiş dayısı ilə bacanaqdır) çoxsaylı şikayətçilərin tələbinə görə, Nurəngiz Bəşirovanı Beyləqan Mərkəzi Xəstəxanasının direktoru vəzifəsindən azad edib.
O direktor vəzifəsindən sadəcə yerini dəyişmək üçün işdən azad olunmayıb. Nurəngiz Bəşirova Beyləqan Mərkəzi Xəstəxanasında törətdiyi cinayət əməllərinin üstünü açan şikayətçilərin ardıcıl tələbi ilə işdən çıxarılıb, amma cəzalandırılmayıb.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Nurəngiz Bəşirovanı Kamaləddin Heydərovun tapşırığı ilə dərhal Bakının Sabunçu rayon xəstəxanasına direktor təyin edib. Sabunçu xəstəxanasının kollektivi Nurəngiz Bəşirovanın direktor təyinatına etiraz etsələr də, yeni təyin olunan direktor kürsüdə bərk əyləşib. Sabunçu xəstəxanası kollektivinin etirazına səbəbi isə, Nurəngiz Bəşirovanın Xocavənddə və Beyləqanda baş həkim, direktor işlədiyi dövrdə törətdiyi cinayət əməlləridir.
Qeyd edək ki, Xocavənd rayon xəstəxanasının baş həkimi vəzifəsində işləyərkən Nurəngiz Bəşirova doğulmamış uşaqlara saxta doğum şəhadətnamələri tərtib edib, dövləti aldadıb pul oğurladığına görə, 2016-2017-ci ildə onun barəsində Ağcabədi Rayon Prokurorluğu tərəfindən 2 maddə ilə cinayət işi açıb. Cinayət törətdiyinə görə, N. Bəşirova Xocavənd RX-nin Baş həkimi vəzifəsindən azad olunub. Ağcabədi Rayon Prokurorluğunda baş həkimin haqqında başlanmış cinayət işinə müəmmalı şəkildə xitam verilib. Bundan az sonra N. Bəşirova müəmmalı olaraq yenidən Xocavənd Rayon Xəstəxanasına baş həkim təyin edilib.
Xocavənd rayon əhalisi və MX-nın həkim kollektivi cinayət törətmiş Nurəngiz Bəşirovanın yenidən baş həkim təyin olunmasına ciddi etiraz edərək, Prezidentə, yuxarı dövlət orqanları rəhbərlərinə çoxsaylı şikayət ərizələri ilə ardıcıl müraciət ediblər.
Xocavəndlilərin şikayətlərinin ardı-arası kısilmədiyini görən himayəçisi FHN şefi Kamaləddin Heydərov tapşırığı ilə yenicə yaradılmış TƏBİB-in rəhbəri Nurəngiz Bəşirovanı 500 nəfərdən çox ali təhsilli peşəkar həkimlərin çalışdığı kollektivə - Beyləqan Rayon Mərkəzi Xəstəxanasına 2020-ci ilin fevralında direktor təyin olunub.
Həkimlərin və tibbi personalın etirafına görə, Nurəngiz Bəşirova Beyləqan MX-na direktor təyin olunduğu ilk gündən Xocavənddə qazandığı rüşvətxorluq və korrupsiya təcrübəsini çox geniş şəkildə istifadə edib. Çoxsaylı şikayətçilərin verdiyi məlumata görə, Nurəngiz Bəşirova Beyləqan MX-na direktor olduğu 3 il 3 ay müddətin son günə qədər rüşvətxorluq yolu ilə 9 milyon manatdan çox rüşvət alıb.
Xəstəxanada çalışan həkimlərin, tibb işçilərinin dediyinə görə, N. Bəşirovanın rüşvətxorluğunun miqyası böyük olub. Direktor həkimlərdən hər gün rüşvət tələb edib və qazanc əldə etmək üçün bəzi işçilərin vəzifəsini başqasına satmaq üsuluna əl atıb, müqavilə ilə işləyən yaşı 65-dən yuxarı olan hər bir həkimdən 1500 manat rüşvət alıb. Hətta boşalan bir vəzifə yerinə bir neçə adamdan rüşvət alıb, ixtisası, tibbi təhsili olmayan xeyli sayda insanı rüşvət əsasında müxtəlif vəxifələrə təyin edib.
Beləliklə, Beyləqan MX-də törətdiyi əməlinə görə, şikayətçilərin tələbinə əsasən, cəzalandırılmaq əvəzinə TƏBİB-in direktoru Vüqar Qirbanov Nurəngiz Bəşirovanı daha böyük tibb ocağına - Bakının Sabunçu rayon xəstəxanasına direktor təyin edib.
Hazırda ölkədə cənab prezidentin rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə siyasətinin həyata keçdiyi məqamda yolverilməz hərəkət edən TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun rüşvət və korrupsionerliyinə görə, Xocavənd və Beyləqan Mərkəzi Xəstəxanasının direktorluğundan qovulan Nurəngiz Bəşirovanı Bakı şəhərinin böyük tibb ocaqlarından birinə - Sabunçu Xəstəxanasına direktor təyin etməsi ciddi narahatçılıq törədir.
TƏBİB-in icraçı direktoru Vüqar Qurbanovun fəaliyyətində ciddi nöqsanlar qırmızı xətt kimi keçir, ictimaiyyət arasında şiddətlə tənqid olunan Nurəngiz Bəşirova olayları, qızına dəbdəbəli toy etməsi və bundan əlavə, rüşvətxorluqla açıq məşğul olması ölkədə böyük əks-səda verib.
Mirdaməd