Almaniyada festivalda iğtişaşlar nəticəsində polislər yaralandı

Almaniyada festivalda iğtişaşlar nəticəsində polislər yaralandı
 

Almaniyanın mərkəzi hissəsində yerləşən Gissendə (Hessen federal əyaləti) Almaniyada Eritreyalıların Mərkəzi Şurasının təşkil etdiyi festival zamanı iğtişaşlar nəticəsində azı 22 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Paralel.az ” xəbər verir ki, bu barədə yerli polis öz tviter səhifəsində məlumat verib.

“İndiyədək 22 polis əməkdaşı xəsarət alıb, buna həmçinin daşatma səbəb olub”, - polisdən bildiriblər. Eyni zamanda qeyd olunur ki, hüquq-mühafizə orqanları festivalın keçirildiyi yerdə əraziyə basqın etməyə imkan verməyib. Polis açıqlayıb ki, iğtişaşçılar daş və butulka atıb, dalaşıblar, tüstü bombaları yandırıblar, hasarları yıxıblar və polis kordonlarını yarmağa çalışıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları dəyənəklərdən, gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə etməyə məcbur olublar.

İndiyədək azı 60 nəfər həbs edilib. Festival zamanı təhlükəsizliyi 1 000-dən çox polis əməkdaşı təmin edib.

Qeyd edək ki, festival artıq bir neçə dəfə Gissendə keçirilib. Bəzi hesablamalara görə, onun iştirakçıları Eritreyanın hazırkı hakimiyyətinin əleyhdarlarıdır. 2012-ci ildə Gissen şəhər şurası magistratdan festivala qarşı tədbir görməsini istəyib. Keçən il tədbir həm də iğtişaşlarla yadda qalıb, 26 ziyarətçi və 7 polis əməkdaşı yaralanıb.

0.031426906585693