Fidan və Blinken Ukraynadakı vəziyyəti müzakirə ediblər

Fidan və Blinken Ukraynadakı vəziyyəti müzakirə ediblər
 

Türkiyənin xarici işlər naziri Hakan Fidan və amerikalı həmkarı Entoni Blinken arasında telefon danışığı olub.

Paralel.az ” xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Bildirilib ki, tərəflər telefon danışığında NATO-nun genişlənməsi, Vilnüsdə keçiriləcək NATO Liderlər Zirvəsi, BMT-nin Suriyaya transsərhəd yardım mexanizminin uzadılması və Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparıb.

0.028419971466064