Peskovdan “Azov” komandirlərinin Türkiyədən Ukraynaya qayıtmasına münasibət

Peskovdan “Azov” komandirlərinin Türkiyədən Ukraynaya qayıtmasına münasibət
 

“Azov” komandirlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud razılaşmaların şərtlərinin pozulmasıdır.

Paralel.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Azov” komadirlərinin Türkiyədən Ukraynaya qayıtması mövcud müqavilələrin şərtlərinin birbaşa pozulmasından başqa bir şey deyil. Üstəlik bu halda şərtlər həm Ukrayna tərəfi, həm də Türkiyə tərəfindən pozulub", - deyə Kreml sözçüsü vurğulayıb.

Peskov bildirib ki, razılaşmaya əsasən, bu şəxslər münaqişə bitənə qədər Türkiyədə qalmalı idilər.

O, həmçinin qeyd edib ki, "azov"çuların təhvil verilməsi ilə bağlı Rusiyaya heç kim məlumat verməyib.

Kreml rəsmisi eyni zamanda vurğulayıb ki, Türkiyə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatında uğursuzluqları fonunda, eləcə də NATO-nun Vilnüs sammiti ərəfəsində bu addımı atmağa məcbur olub. "Ankara da öz növbəsində alyans üzvləri ilə həmrəylik nümayiş etdirir, Rusiya bunu çox yaxşı başa düşür" , Peskov əlavə edib.

0.023366212844849