Türkiyənin 46 folklorçusu Gürcüstanda qidadan zəhərləndi

Türkiyənin 46 folklorçusu Gürcüstanda qidadan zəhərləndi
 

Türkiyənin paytaxtı Ankaradan Gürcüstana gedən folklor komandası yedikləri yeməkdən zəhərlənib.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, ekskursiya avtobusu ilə Gürcüstana gedən folklor komandası geri qayıtmazdan əvvəl Batumidə nahar edib.

Geri dönərkən halı pisləşən 46 nəfər Ordunun Fatsa rayonundakı xəstəxanaya aparılıb.

Xəstəxanaya çatdırılan 46 nəfərdən 26-sı evə buraxılıb, 20 nəfər isə müşahidə altına alınıb.
Müşahidə altında olanların həyati təhlükəsinin olmadığı bildirilir.

0.015297889709473