Mirzoyanı öldürməyə cəhd edən şəxslərdən birinin işi məhkəməyə göndərilib

Mirzoyanı öldürməyə cəhd edən şəxslərdən birinin işi məhkəməyə göndərilib
 

Ermənistanın xarici işlər naziri, parlamentin sabiq sədri Ararat Mirzoyanı 2020-ci il noyabrın 10-na keçən gecə öldürməyə cəhd edən şəxslərdən birinin işi məhkəməyə göndərilib.

APA xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

T.A 2023-cü ilin fevralında saxlanılıb, ona ittiham irəli sürülüb, bundan sonra həbs edilib.

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il noyabrın 10-na keçən gecə Qarabağla bağlı üçtərəfli sazişin imzalaması elan ediləndən sonra Ermənistan parlamentinin binası yaxınlığında iğtişaşlar baş verib və nəticədə həmin vaxt parlament spikeri olan Ararat Mirzoyan ağır yaralanıb.

Xatırladaq ki, baş vermiş iğtişaşlar zamanı Mirzoyan çoxsaylı bədən xəsarətləri alıb, huşunu itirib, gözü zədələnib.

0.023227214813232