Zelenski Ərdoğanla danışıqlar üçün Türkiyədə səfərdədir - YENİLƏNİR

Zelenski Ərdoğanla danışıqlar üçün Türkiyədə səfərdədir - YENİLƏNİR
 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna Prezidenti Vladimir Zelenski arasında Vahidəddin köşkündə ikitərəfli görüş başlayıb.

APA-nın İstanbul müxbirinin verdiyi xəbərə görə, ikitərəfli görüşdən sonra nümayəndə heyətləri arasında görüş olacaq.

***

Ukrayna prezidenti Volodimir Zelenski Türkiyəli həmkarı Rəcəb tayyib Ərdoğanla danışıqlar üçün Türkiyəyə gəlib.

Bu barədə Zelenski öz Telegram kanalında bildirib.

Zelenski qeyd edib ki, prezidentlər NATO-nun Vilnüsdə keçiriləcək sammitindən əvvəl tərəflərin mövqelərinin əlaqələndirilməsi, Ukrayna üçün təhlükəsizlik təminatları, taxıl müqaviləsi və müəssisələr arasında müdafiə sahəsində əməkdaşlığı müzakirə edəcəklər.

0.083574056625366