Rusiyada zavod partladı: ölən və yaralananlar var

Rusiyada zavod partladı: ölən və yaralananlar var
 

Rusiyanın Samara vilayətində partlayıcı maddələr istehsal edən kimyəvi məhsullar fabrikində partlayış baş verib.

Paralel.az “Haber7com”a istinadla xəbər verir ki, hadisə nəticəsində 6 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.

Hadisə "Promsintez" zavodunda boru kəmərinin sökülməsi zamanı baş verib.

Qeyd edək ki, "Promsintez" fabriki Rusiyada və Müstəqil Dövlətlər Birliyində kimyəvi məhsulları və sənaye partlayıcı maddələr istehsalçılarından biri kimi tanınır.

Günay

 

0.015634059906006