Zelenski şıltaqlıq edir – Gürcüstana barmaq silkələdi

Zelenski şıltaqlıq edir – Gürcüstana barmaq silkələdi
 

Gürcüstan Zelenskinin Saakaşvilini Ukraynaya köçürmək çağırışını şıltaqlıq hesab edir.

Paralel.az xəbər verir ki, Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili Ukrayna prezidenti Volodimir Zelenskinin Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilini Ukraynaya köçürmək çağırışına münasibət bildirib.

Onun sözlərinə görə, ölkələr arasında münasibətlər şıltaqlıq əsasında qurulmayıb.

“Təəssüf ki, Ukrayna hakimiyyətinin bir hissəsi fərqli yol seçib. Bununla dostluğu qiymətləndirmək və nümayiş etdirmək doğru deyil. Müqavimət yolu ilə bir nəfər xalqların münasibətlərindən üstün tutulur. Çox təəssüf ki, bu, Ukrayna hakimiyyətinin özlərinə sərf etməyəcək”, - deyə o bildirib.

0.011406898498535