İtaliyada qocalar evində yanğın - 6 ölü, 80 yaralı

İtaliyada qocalar evində yanğın - 6 ölü, 80 yaralı
 

Milanda qocalar evində baş verən yanğın nəticəsində azı 6 nəfər ölüb, 80-dən çox insan yaralanıb. 

Paralel.az ” ASNA agentliyinə istinadən xəbər verir ki, yanğın gecə saatlarında başlayıb və onun söndürülməsi səhərə qədər davam edib.

Müalicə müəssisəsində 160 nəfər olub, onlardan 81-i xəstəxanalara çatdırılıb, xəstəxanaya yerləşdirilən iki nəfərin vəziyyəti ağır qiymətləndirilir. 

Yanğınla bağlı araşdırma başlayıb. Müstəntiqlər hadisənin qəsdən törədilməsi versiyasını hələlik istisna edirlər.

 

0.013062953948975