Zelenskinin təyyarəsini qırıcılar müşayiət etdi

Zelenskinin təyyarəsini qırıcılar müşayiət etdi
 

Ukrayna prezidenti Volodimir Zelenskinin Bolqarıstandan Praqaya uçduğu Çexiya hökumətinin xüsusi təyinatlı təyyarəsini iki “Gripen” qırıcısı müşayiət edib. 

Paralel.az ” xəbər verir ki, bu barədə Çexiyanın baş nazirinin xarici siyasət və təhlükəsizlik üzrə müşaviri Tomaş Poyarın deyib.

Müşavirin sözlərinə görə, xüsusi təyyarəni müşayiət edən qırıcılar müdafiə üçün deyil, simvolik rol oynayıblar:
“Ukrayna tərəfi bunu minnətdarlıqla və çox müsbət qəbul etdi, hesab edirəm ki, bu, havada yaxşı qarşılanma idi". 

Poyar Zelenskini təyyarənin göyərtəsində elə çəkib ki, şəkildə qırıcılardan biri görünsün. 

Fotonu Çexiya ordusunun mətbuat xidməti yayıb.

 

0.10657906532288