Sel və tufan 32 nəfərin ölümünə səbəb oldu - Pakistanda

Sel və tufan 32 nəfərin ölümünə səbəb oldu - Pakistanda
 

Pakistanın Pəncab və Hayber-Paxtunxva şəhərlərində baş verən sel və tufan insan təlafatına səbəb olub. 

Paralel.az “Star” qəzetinə istinadən xəbər verir ki, təbii fəlakət nəticəsində 3-ü uşaq olmaqla 32 nəfər həlak olub, 60 nəfər isə yaralanıb.

Ölümün əsas səbəblərinin ağac, divar və damın uçması olduğu bildirilib.

Rəsmilər 8-10 iyul tarixində gözlənilən leysan yağışları ilə əlaqədar Çənab və Satlec çayında da daşqınların olacağını bildiriblər. 

0.017787933349609