Yaponiyada tikintidə faciə: 2 ölü, 6 yaralı

Yaponiyada tikintidə faciə: 2 ölü, 6 yaralı
 

Yaponiyada körpünün əsas elementlərindən birini təşkil edən təxminən 65 metr uzunluğunda və 140 ton ağırlığındakı polad lövhə platformadan ayrılaraq 9 metr hündürlükdən yerə düşüb. 

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub, 6 nəfər yaralanıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, bölgədəki nəqliyyat sıxlığını azaltmaq üçün inşa edilən körpünün 2026-cı ildə istifadəyə verilməsi gözlənilir.

Günay

0.014543056488037