Rusiya bu dəfə Lvova hücum etdi: 4 ölü

Rusiya bu dəfə Lvova hücum etdi: 4 ölü
 

Rusiya ordusu Ukraynanın Lvov şəhərinə raket hücumları edib.

Paralel.az “Haber7com”a istinadla xəbər verir ki, bu barədə Ukraynanın Daxili İşlər naziri İqor Klimenko məlumat verib.

Hadisə nəticəsində 4 nəfər həlak olub, 9 nəfər yaralanıb, 7 nəfər xilas edilib və 64 nəfər təxliyə edilib.

Ukrayna Baş Qərargahından verilən məlumata görə, Rusiya son 24 saat ərzində 5 pilotsuz uçuş aparatı (PUA) ilə Ukrayna ərazisinə hücum edib və bütün hədəflər müdafiə sistemləri ilə məhv edilib.

Həmçinin Rusiya ordusunun son sutka ərzində Ukrayna əsgərlərinin mövqelərinə və yaşayış məntəqələrinə 59 hava zərbəsi endirdiyi, çoxlüləli raket sistemlərindən 65 atəş açıldığı qeyd edilib.

Günay

0.041933059692383