Azərbaycan və BƏƏ vətəndaşları haqqında qanun təsdiqləndi

Azərbaycan və BƏƏ vətəndaşları haqqında qanun təsdiqləndi
 

Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarının hər iki ölkəyə vizasız gedib 3 ay qala biləcəklərinə dair qanun təsdiqlənib.

Paralel.az xəbər verir ki, bununla bağlı Azərbaycanın Dubaydakı Baş Konsulluğu məlumat yayıb. 

Məlumata görə, ümumvətəndaş pasportlarına malik hər iki ölkənin vətəndaşları qarşılıqlı olaraq digər dövlətin ərazisinə vizasız və rüsumsuz daxil ola və 90 gündən artıq olmayan müddətdə qala bilərlər.

 

0.01348090171814