Arxadaşımız Vüqar Tofiqoğlunu canımızla-qanımızla qoruyarıq

Arxadaşımız Vüqar Tofiqoğlunu canımızla-qanımızla qoruyarıq
 

İndicə “Hürriyyət” qəzetinin və eyni adlı saytın başçısı , savaş, qələm dostumuz Vüqar Tofiqoğlunun ölümlə hədələndiyini bilmişik. Hələ də özümüzə gələ bilmirik. Bizə dost-arxadaş, qardaş ilgisi göstərən bir şəxs nəyə görə ölümlə hədələnsin və biz bu hədəyə niyə biganə qalaq? Dünən Sədərəkdən tutmuş , Ağdərəyə, Şınıxa, Kəlbəcərə ... kimi çiyin-çiyinə durduğumuz savaş dostlarımızı bu gün meydanda tək qoymalıyıq? Dünən qucağımızda can verən döyüşçüyə “ölmə , qardaş, ölmə, düşmən çoxaldı” deyən bizlər, bu gün ayaqüstə gəzən ŞƏHİD(lər)i “vorzakon” hədəsinə tuş qoymalıyıq?

Vüqar bəy bizim can-qan arxadaşımız, gerçək qoruyucumuzdur. Şəxsən özüm onun adını, telefonunu evimdə böyük hərflərlə yazıb asmışam: BAŞIMA BİR İŞ GƏLSƏ, ARXA DURAN ARXADAŞIM ANINDA SORAQ TUTSUN, deyə! İndi bizim arxadaşımızı, arxa duranımızı kim arxamızdan çəkmək istəyir? Bəs biz ölmüşük, bizim yaralı sinəmiz dosta tuşlanan hədəyə sipər olmayacaqsa,  niyə yaşayırıq?

Biz badə-tost dostları olmamışıq, bizim dostluğumuz, Kərbalayi demiş, kişi dostluğudur! Kişi dostluğu heç bir hədəyə, qorxuya baş əyməz!

Dost, hardasan, canımız, qanımız  sənə qurban olsun!

Məğrur Bədəlsoy

"Paralel.az"

 

0.041958093643188