“Rusiya Qazaxıstanda ikinci Ukraynanı görəcək” - Rus nəşri

“Rusiya Qazaxıstanda ikinci Ukraynanı görəcək” - Rus nəşri
 

Qazaxıstan neft emalı zavodunun fəaliyyətini dayandırdığı üçün Rusiya Federasiyasından yanacaq idxal etməyə hazırlaşır.

Paralel.az xəbər verir ki, Rusiyanın “Pravda.ru” nəşri ölkəsinin “rusofob siyasət aparan Qazaxıstana” kömək edib-etməyəcəyi ilə bağlı məqalə dərc edib.

Qərbi məhdudiyyətləri pozmayacağına əmin edən Qazaxıstan hökumətindən fərqli olaraq, Rusiyanın rəsmi tərəfdaşı olmayan və qonşusuna sanksiyalar tətbiq etməkdən imtina edən Gürcüstanla müqayisə edib. Nəşr yazır ki, Qazaxıstanda bir çox siyasi qüvvələr və məmurlar açıq şəkildə Rusiya ilə münasibətlərin kəsilməsini və rus dilinin qadağan olunmasını dəstəkləyirlər. Bundan əlavə, sayt Qazaxıstanın Ukraynadakı səfirinin köməyinə və onun “məğlubedilməzlik yurdları” yaratmaq təşəbbüsünə də işarə edir.

Nəşr sonda belə yekunlaşdırıb: “Tezliklə Rusiya Qazaxıstanda ikinci Ukraynanı görəcək”.

0.020862817764282