Talibandan reaksiya çəkən daha bir addım

Talibandan reaksiya çəkən daha bir addım
 

Əfqanıstana nəzarət edən Taliban qadağalarına yenisini əlavə edib.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, indi bütün ölkədə gözəllik salonları qadağan edilib. 

Belə ki, sahibkarlara fəaliyyətlərini dayandırmaq üçün 1 ay vaxt verilib.

Taliban müvəqqəti hökumətinin Xeyirə Dəvət və Şərdən çəkindirmə Nazirliyinin sözçüsü Məhəmməd Siddiq Akif Mühacir bildirib ki, qadağa ilə bağlı sosial şəbəkələrdə yayılan iddialar doğrudur. 

Xatırladaq ki, Taliban bundan əvvəl qadınların ictimai parklara, əyləncə məkanlarına və idman zallarına girməsini, qeyri-hökumət təşkilatlarında işləməsini, serial və filmlərdə çəkilməsini qadağan edib. Taliban həmçinin qızların ibtidai təhsil müəssisələrində təhsil almasını yasaqlayıb.

Günay

 

0.024271965026855