“Bayraktar TB2” Ukraynada neçə hədəfi vurub? - RƏSMİ

“Bayraktar TB2” Ukraynada neçə hədəfi vurub? - RƏSMİ
 

PUA-ların böyük rol oynadığı Rusiya-Ukrayna müharibəsində “Bayraktar TB2” indiyə qədər neçə hədəfi vurması ilə bağlı məlumatlar açıqlanıb.

Paralel.az ” xəbər verir ki, siyahıda olanlar rəsmi qeydə alınanlardır, lakin reallıqda göstəricilərdən çox olduğu ehtimal edilir.

“Bayraktar TB2” Ukrayna müharibəsində istifadə edilən və dünyanın ən tanınmış PUA-larından birinə çevrilib. Müharibə dövründə dəfələrlə Bayraktar TB2-nin daşıdığı raketlər, lazerlə idarə olunan raketlər və ağıllı bombaların Rusiya zirehli texnikasını, artilleriya və təchizat xətlərini məhv etdiyi görülüb və bunlar videoya çəkilib. 

Rəsmi qeydlərə əsasən, “Bayraktar TB2” indiyədək 2 Rusiya yanacaq qatarını; 1 ədəd “Pantsir-S1”; 1 ədəd “9K330 Tor”; 5 ədəd “9K37 BUK”; 5 ədəd özüyeriyən top; 2 logistik avadanlıq daşıyan qatar; 2 komanda-idarə mərkəzi daxil olmaqla 8 hava hücumundan müdafiə sistemi; 1 ədəd raket qurğusu; 24 müxtəlif təyinatlı hərbi maşın məhv edib.   

Bundan əlavə olaraq 2022-ci ilin mayın 7-də İlan adasına əsgərləri endirən 1 ədəd Mi-8 helikopteri; 1 ədəd Tor hava hücumundan müdafiə sistemi; 2 ədəd Raptor sinifli patrul kateri məhv edilib. 

“Bayraktar TB2” Rusiyaya ümumilikdə 74 hədəfi vurmaqla ciddi itki yaşadıb.  Onu da bildirək ki, bu məlumat yalnız qeydə alınmış dağıntılardır. Qeydə alınmayan daha çox belə dağıntıların olması da mümkündür.  Ukraynada 50-dən çox “Bayraktar TB2” olsa da, hazırda onlardan neçəsinin qaldığı bəlli deyil. 

 

0.013195037841797