Rusiya generalları yoxa çıxıb - Britaniya kəşfiyyatı

Rusiya generalları yoxa çıxıb - Britaniya kəşfiyyatı
 

“Priqojinin üsyanı Rusiya təhlükəsizlik qüvvələri arasında parçalanmanı daha da gücləndirdi”.

Paralel.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı qeyd edib.

“Priqojinin üsyanından sonra Rusiya Federasiyasının Aerokosmik Qüvvələrinin baş komandanı generallar Surovikin və müdafiə nazirinin müavini Yevkurov ictimaiyyət qarşısına çıxmayıb. Bildirilir ki, onların həbsi ilə bağlı məlumatlar təsdiqlənməyib, lakin onlar “Vaqner” ilə uzunmüddətli əlaqələrə görə şübhəli qismində ola bilərlər”, - məlumatda bildirilir.

Britaniya kəşfiyyat orqanları Surovikini Rusiya Silahlı Qüvvələrinin ən nüfuzlu zabitlərindən biri adlandırır və ona qarşı istənilən sanksiyaların ölkədə parçalanmaya səbəb ola biləcəyini qeyd edir.

0.027247190475464