Azərbaycanda ilin tələbəsi oldu - Almaniyada çalışacaq

Azərbaycanda ilin tələbəsi oldu - Almaniyada çalışacaq
 

Azərbaycan Universitetləri üzrə 2023-cü ilin tələbəsi seçilib.

Paralel.az ” “Azərbaycan Universitetləri” səhifəsinin yaydığı məlumata istinadən xəbər verir ki, bu ada Səbinə Feyzullayeva layiq görülüb.

Bildirilib ki, 6 il əvvəl Sumqayıtdakı Təbiət Elmləri Təmayüllü Gimnaziyanı qızıl medalla bitirərək 690 balla Azərbaycan Tibb Universitetini seçən tələbə, həm də Prezident təqaüdü alıb.

Bu il isə 98,21 balla ATU-dan məzun olub.
O, iş və təhsil karyerasını Almaniyada davam etdirəcək.

0.015511989593506