Braziliya prezidentindən inkişaf etmiş ölkələrə İTTİHAM

Braziliya prezidentindən inkişaf etmiş ölkələrə İTTİHAM
 

"İnkişaf etmiş ölkələr iqlim sazişləri üzrə öhdəliklərini yerinə yetirmirlər".

Paralel.az xəbər verir ki, bunu Braziliya prezidenti Luis İnasiu Lula da Silva deyib.

"Zəngin ölkələr özləri də razılaşmalara əməl etmirlər. Onlar Kioto protokoluna, Kopenhagen razılaşmalarına əməl etməyiblər, BMT-nin Rio-2002 konfransının qərarlarını yerinə yetirə bilməyiblər və Paris razılaşmasını yerinə yetirməyəcəklər", - Braziliya lideri bildirib.

Eyni zamanda, o, Avropa İttifaqının ticarət sazişi və Braziliya ilə yanaşı, Argentina, Uruqvay və Paraqvayın da daxil olduğu Cənubi Amerika Ümumi Bazarında (Mercosur) olduğu kimi, inkişaf etməkdə olan ölkələrə əlavə ekoloji öhdəliklər qoymaq cəhdlərini tənqid etdi.

Lula da Silvanın sözlərinə görə, fransalı həmkarı Emmanuel Makron və Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen ilə son görüşləri zamanı o, Aİ tərəfindən irəli sürülən əlavə tələblərin qəbuledilməzliyi ilə bağlı mövqeyini onlara çatdırıb.

“Biz razılaşmanı müzakirə etmək istəyirik, lakin bu, strateji tərəfdaşlar arasında razılaşma olmalıdır”, - deyə siyasətçi izah edib.

0.022325992584229