Şolts: “Qərb ölkələri Kiyevi uzun müddət dəstəkləməyə hazır olmalıdır”

Şolts: “Qərb ölkələri Kiyevi uzun müddət dəstəkləməyə hazır olmalıdır”
 

“Qərb ölkələri Kiyevi bir, iki, üç il, hətta daha uzun müddət dəstəkləməyə hazır olmalıdır”.

Paralel.az ” xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts bəyan edib.

“Biz istərdik ki, Ukrayna, məsələn, ölkənin şərqində indiki hücum əməliyyatı uğurlu və sürətli olsun. Bunun mümkün olması üçün üzərimizə düşəni etdik ”, - deyə o bildirib.

Onun sözlərinə görə, Ukraynaya uzunmüddətli dəstək üçün şərait yaradılıb.

“Mən hər kəsi özü üçün qərar verməyə çağırıram - Ukraynanı dəstəkləmək istəyən Almaniya, Rumıniya və bir çox başqa ölkələri bunu daha iki, üç il, lazım gələrsə, daha uzun müddətə edə bilsinlər. Çünki silahlı qarşıdurmanın nə qədər davam edəcəyini bilmirik”, - kansler deyib.

0.033914089202881