Priqojinin səltənəti geri qaytarıldı - Bunlar alınmışdı

Priqojinin səltənəti geri qaytarıldı - Bunlar alınmışdı
 

Sankt-Peterburqda axtarışlar zamanı “Vaqner” rəhbəri Yevgeni Priqojinə məxsus 10 milyard rubl, yüz minlərlə dollar və beş külçə qızıl geri qaytarılıb.

Paralel.az ” xəbər verir ki, bu barədə “Fontanka.ru” nəşri məlumat yayıb.

Məlumata görə, Priqojinə məxus pul və qızıllar iyulun 2-də axşam saatlarında qaytarılıb. 

İş adamı özü bu prosesdə iştirak etməyib və ilkin məlumatlara görə, o, Moskvada olub. Ələ keçirilən bütün vəsaitləri almaq üçün Priqojinin sürücüsü etibarnamə yolu ilə götürüb. 

“Fontanka” yazır ki, o, çətin 10 milyardın hamısını saysın, çünki bir neçə bank maşınının köməyi ilə buna ən azı yarım gün lazım olacaq.

İyunun 24-də "Vaqner" üsyanı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları “Trezini” hotelinin yaxınlığında ağ “Qazel”də Priqojinlə əlaqəli 4 milyard rubl nağd pul tapıblar. İş adamı ofis qutularında olan pullarla birbaşa əlaqəli olduğunu təsdiqləyib. Onun sözlərinə görə, həmin pullar şəxsi hərbi şirkətinin işçilərinə maaş və kompensasiyaların verilməsi üçün nəzərdə tutulub.

“Fontanka”nın məlumatına görə, həmin gün “River Palace” hotelinin yeraltı dayanacağında mikroavtobusda Priqojinə məxsus altı milyard rubl olan daha 80 qutu, qızıl külçələr və dollarlar tapılıb.

Mürtəza
Paralel.az

0.014961957931519