Makron: Fransada iğtişaşlar pik həddi keçib

Makron: Fransada iğtişaşlar pik həddi keçib
 

Fransa prezidenti Emmanuel Makron hesab edir ki, ölkədə iğtişaşların pik həddi keçib. 

Paralel.az ” xəbər verir ki, bu fikri çərşənbə axşamı Yelisey sarayında kommunaların merləri ilə görüşündə bildirib.

BFMTV Fransa liderinin sözlərindən sitat gətirib: "Gələcək günlər və həftələr üçün diqqətli olmalıyıq, lakin gördüyünüz kimi, iğtişaşların pik həddi keçib".

241 kommunanın liderlərinin qatıldığı görüşdə Makron vurğulayıb ki, indi “mütləq prioritet uzunmüddətli asayişi təmin etmək olmalıdır”.

Bundan əvvəl Makron “Le Parisien” qəzetinə müsahibəsində azyaşlı aksiya iştirakçılarının ailələrini maliyyə sanksiyaları ilə hədələyib.

Mürtəza
Paralel.az

0.025061845779419