Suyun içində çalışan ofsiantların görüntüləri qalmaqal yaratdı - FOTO

Suyun içində çalışan ofsiantların görüntüləri qalmaqal yaratdı - FOTO
 

unanıstanın Rodos adasında turistlərin böyük maraq göstərdiyi "beach club"da çəkilən görüntülər sərt reaksiyalara səbəb olub.

Paralel.az xarici KİV-ə istinadla xəbər verir ki, həmin kadrlarda köynək və şortik geyinmiş ofisiant dənizində loja adlanan xüsusi platformada istirahət edənlərə xidmət edir. 

Məsələ böyüdükdən sonra Yunanıstan səlahiyyətliləri araşdırma başladıb. Məkan sahibinin Yunanıstan parlamentinin yeməkxanasını idarə edən bir sahibkar olduğu məlum olub. Əmək naziri Adonis Georgiadis və dənizçilik naziri Miltiadis Varvitsiotis də araşdırmanın başladığını təsdiqləyib.

“Bu görüntülər ürəkaçan deyil. Görən kimi müfəttişləri göndərdim. Hamımız başa düşməliyik ki, köləlik dövrü başa çatıb. İşçilər qul deyil, haqqı olan insanlardır. Biz bu hüquqları əldə etmək üçün buradayıq. Bunu unudan hər bir iş adamı bunun qarşılığını alacaq”, - Georgiadis deyib.

Adını açıqlamaq istəməyən ofisiant bu cür işləməkdən narahat olmadığını, bu yolla gündə 200 avroya (təx 370 AZN) qədər bəxşiş aldığını söyləyib.

Günay

0.015968084335327