Sərxoş qız cütlüyün evinə girdi, onların yanında yatdı – Kuryoz hadisə - VİDEO

Sərxoş qız cütlüyün evinə girdi, onların yanında yatdı – Kuryoz hadisə - VİDEO
 

Rusiyada sərxoş qız gecə saatlarında başqasının mənzilinə soxulub, tualetə gedib və yatan cütlüyün çarpayısına uzanıb.

Paralel.az xəbər verir ki, hadisə Novosibirskdə Trolleynaya küçəsində baş verib. Ev sahibləri qapını kilidləməyi unuduqlarına görə sürprizlə qarşılaşıb.

Mənzilin ev sahibəsi Ulyananın dediyinə görə, onu səhər saat üç radələrində yataqda anlaşılmaz hay-küy oyandırıb. O fikirləşib ki, sevgilisi yuxudan oyanıb, işığı yandırıb və yataqda çağırılmamış qonaq görüb. Hər şey qəribə yuxu kimi idi: qərib özünü Lera kimi təqdim etdi, miyavladı və corablarını stolun üstünə atdı.

Qadın müqavimət göstərib və çox çətinliklə mənzildən çıxarılıb. 

Sonradan məlum olub ki, sərxoş qız başqa evdə yaşayır və burada “qonaq” olub. Dostlarının dediyinə görə, o, əsgərlikdə olan sevgilisi üçün çox darıxıb və spirtli içkidən həddindən artıq istifadə edib.

Lera özü davranışının səbəblərini izah etməkdən imtina edib.

0.021559000015259