Rusiyalı milyarderlərin sərvəti 16,5 mlrd dollar artıb

Rusiyalı milyarderlərin sərvəti 16,5 mlrd dollar artıb
 

Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən ümumilikdə 16,5757 milyard dollar artıb. 

Paralel.az ” xəbər verir ki, Bloomberg Billionaires Index (BBI) iyulun 3-nə olan məlumatını açıqlayıb. 

Nəticələrə görə, Lukoil neft şirkətinin təsisçisi Vahid Ələkbərov ilin birinci yarısında kapital artımına görə lider olub. 

İlin əvvəlindən onun sərvəti 4,8 milyard dollar artaraq 20,2 milyard dollara çatıb.

Ümumilikdə, 2023-cü ilin iyul ayının əvvəlində Bloomberg milyarderləri siyahısına 24 rusiyalı daxil olub. Agentliyin məlumatına görə, onların ümumi sərvəti iyulun 3-nə 289,21 milyard dollar təşkil edib.

“Bloomberg”in məlumatına görə, Rusiyadan olan iş adamları arasında ən zəngini Norilsk Nikel mədən-metallurgiya şirkətinin əsas səhmdarı Vladimir Potanindir, onun sərvəti 28,5 milyard dollar qiymətləndirilir. Lakin ilin əvvəlindən onun sərvəti 28,9 milyon dollar azalıb. 

Rusiyanın ən varlı iş adamları reytinqində ikinci yeri NOVATEK-in həmsahibi Leonid Mixelson tutub. Son altı ayda o, 1,5 milyard dollar zənginləşib. Bununla da onu sərvəti 26,1 milyard dollara yüksəlib.

Üçüncü yerdə ilin əvvəlindən sərvətini 3,22 dollar artıraraq 23,1 milyard dollara çatdıran Novolipetsk Dəmir-Polad Zavodunun (NLMK) əsas sahibi Vladimir Lisin qərarlaşıb.
Bloomberg-in hesablamalarına görə, ilin əvvəlindən bəri ruslar arasında ən çox itirən Eurochem və Sibir Kömür Enerji Şirkətinin (SUEK) təsisçisi Andrey Melniçenko olub. Onun sərvəti 1,57 milyard dollar azalaraq 11,6 milyard dollar təşkil edib.

Mürtəza
Paralel.az

0.024368047714233