13 ildən sonra Türkiyə bu ölkə ilə əlaqələri bərpa etdi - FOTO

13 ildən sonra Türkiyə bu ölkə ilə əlaqələri bərpa etdi - FOTO
 

Türkiyə və Misir iki ölkə arasında diplomatik əlaqələri səfirlik səviyyəsinə qaldırdı.

Paralel.az ” xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb. 

Məlumatda deyilir ki, Türkiyə Salih Mutlu Şeni Qahirə səfiri, Misir isə Əmr Elhamamini Ankara səfiri təyin edib.

Türkiyə-Misir birgə bəyanatında aşağıdakı ifadələr yer alıb:

“Türkiyə Respublikası və Misir Ərəb Respublikası iki ölkə arasında diplomatik əlaqələrin səfirliklər səviyyəsinə qaldırıldığını elan edir.

İki ölkə prezidentinin qəbul etdiyi qərara uyğun olaraq iki ölkə arasında diplomatik münasibətlərin səviyyəsinin yüksəldilməsi praktiki olaraq həyata keçirilib.

Bu addım iki ölkə arasında münasibətlərin yenidən normallaşmasına yönəlib və ikitərəfli münasibətləri Türkiyə və Misir xalqlarının maraqlarına uyğun inkişaf etdirmək üçün qarşılıqlı iradəni əks etdirir”.

Mürtəza
Paralel.az

0.021737098693848