Arutyunyan gərginliyi artırmağa çalışır: Putinə yalvarır

Arutyunyan gərginliyi artırmağa çalışır: Putinə yalvarır
 

Arutyunyan gərginliyi artırmağa çalışır: Putinə yalvarır

Qondarma rejimin başçısı Arayik Arutyunyan Rusiya prezidenti Vladimir Putinə məktub göndərib. Quldur dəstənin rəhbəri reallığı qəbul etmək, Azərbaycana reinteqrasiya üçün dərhal işlərə başlamaq və Azərbaycanın ərazisində yaşadıqlarını etiraf etmək əzəvinə, Putinə “ölkənin və xalqın ağır vəziyyəti”ni çatdırıb. Axı hansı ölkədən, hansı xalqdan danışmaq olar?!

Paralel.az xəbər verir ki, irredentistlərin “antiböhran şurası”nın sədri Tiqran Petrosyan məktubun məzmununu dərc etmədən bu barədə sosial media hesabında yazıb.

O, növbəti təxribata əl ataraq qeyd edib ki, mütləq əksəriyyət Ermənistan rəhbərinə, “artsax” rəhbərinə deyil, Putinə inanır.

Petrosyan sülhməramlıları hədəfə alan çıxış edərək haqsız olduqları halda, gərginliyə yol açacaq ritorikadan istifadə edib: “Bu gün biz yaşamırıq, amma varıq, susmağımız ölkənin, xalqın vəziyyətini günü-gündən ağırlaşdırır, bizə təhlükəsizlik, ləyaqət, sərbəst hərəkət vəd edənlər (sülhməramlıları nəzərdə tutur) helikopterdə yeməklərini aparır, bizi bu vəziyyətdə qoyurlar”.

Xatırladaq ki, Avropa İttifaqının (Aİ) himayəsi altında aparılan danışıqlar çərçivəsində Ermənistan Respublikasının baş naziri Azərbaycanın ərazi bütövlüyünü tanındığını bəyan edib.

Həmçinin ABŞ-nin Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuin Qarabağ ermənilərinin Azərbaycanın tərkibində təhlükəsiz yaşamasını mümkün hesab edir.

Mirzə

0.014397859573364