Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların sayı açıqlanıb

Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların sayı açıqlanıb
 

“Konstitusiya Məhkəməsinin indiyədək qəbul etdiyi qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır”.

“Report”un xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev iyulun 4-də Bakıda “Konstitusiya normalarının tətbiqi vasitəsilə qanunvericiliyin inkişafı” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.

O bildirib ki, 25 il ərzində Konstitusiya Məhkəməsi 25 545 qərar və 106 qərardad qəbul edib:
“Bu qərar və qərardadların bir çox hissəsi insan və hüquq azadlığı ilə bağlıdır. Məhkəmənin mühüm səlahiyyətlərindən biri konstitusiya və qanunların şərhidir. Konstitusiya Məhkəməsi tərəfindən bir çox qanunlar şərh edilib”.

0.01602578163147