"P&G" Türkiyə və Azərbaycan üzrə yeni vitse-prezident təyin etdi

"P&G" Türkiyə və Azərbaycan üzrə yeni vitse-prezident təyin etdi
 

"Procter & Gamble" ("P&G") şirkətində iki rəhbər vəzifəyə yeni təyinat olub.

Paralel.az xəbər verir ki, "P&G"nin Qafqaz və Orta Asiya Respublikaları üzrə Ölkə Meneceri – Baş Direktor olan Değer Kurtaslanoğlu yeni vəzifəyə - Türkiyə, Qafqaz və Orta Asiya Respublikaları üzrə Kommersiya Əməliyyatları üzrə Vitse-Prezident vəzifəsinə təyin edilib.

Hazırda "P&G" Qafqaz və Orta Asiya Respublikaları üzrə Korporativ Bazar Strategiyası və Planlaşdırma Direktoru olan İrakli Qabriadze "P&G"nin Qafqaz və Orta Asiya Respublikaları üzrə Ölkə Meneceri – Baş Direktor vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, "Procter & Gamble" şirkəti 36 ilə yaxın Türkiyədə və 25 il Azərbaycanda fəaliyyət göstərib. Şirkətin "Fairy", "Ariel", "Pampers", "Gillette", "Oral-B", "Head & Shoulders", "Pantene", "Safeguard", "Old Spice" və "Always" kimi 15-dən artıq gigiyena və təmizlik məhsulları brendi var.

0.015547037124634