Qarabağın erməni sakinləri Laçın buraxılış məntəqəsindən sərbəst keçirlər

Qarabağın erməni sakinləri Laçın buraxılış məntəqəsindən sərbəst keçirlər
 

Mülki ermənilərin Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) vasitəsilə Azərbaycanın Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi təmin edilib.

Paralel.az xəbər verir ki, bununla bağlı görüntülərdə mülki ermənilərin sənədlərinin yoxlanılması əks olunur.

Onların avtomobilləri prosedura uyğun olaraq yoxlanılır, sonra gediş-gəlişləri təmin edilir.

Bu, bir daha mülki ermənilərin sərhəd-buraxılış məntəqəsindən keçidində heç bir maneənin, hər hansı çətinliyin olmamasının göstəricisidir.

0.01626992225647