Fransada kütləvi itaətsizlik baş alıb gedir - ŞƏRH

Fransada kütləvi itaətsizlik baş alıb gedir - ŞƏRH
 

Fransanın Nanterre şəhərində polis tərəfindən 17 yaşlı yeniyetmənin qətlə yetirilməsi ölkədə kütləvi itaətsizlik yaradıb. Beləliklə rəsmi Parisin maskası cırılıb. Çünki hadisə irqi zəmində baş verib. Belə ki, qətlə yetirilən yeniyetmə Əlcəzair əsilli olub.

Hadisə iyunun 27-də baş verib. Polis Nanterredə onların tələblərini yerinə yetirməkdən imtina edən 17 yaşlı oğlanı güllələdikdən sonra sosial şəbəkələrdə güc strukturlarına qarşı etiraz çağırışları səslənməyə başlayıb.

Halbuki Fransa dünyaya demokratiya dərsi keçir. Paris Qərb standartları adı altında dünyanı özünə kölə etmək siyasəti yeridir. Amma sirkə nə qədər tünd olarsa, öz qabını çatladar. Fransanın müstəmləkəçilik siyasəti də öz başında çatlayır.

Polis qətl törətdikdən sonra saxlanılıb. Lakin bu, kütləvi iğtişaşların qarşısını almayıb. Paris və ətraf şəhərlərdə barrikadalar qurulub, avtomobillərə od vurulub. Hüquq-mühafizə orqanları ilə toqquşmalar davam edir.

Fransada Prezident Emmanuel Makronun amansız siyasətindən vətəndaşlar əziyyət çəkir. Makron hakimiyyəti xalqın gözündə etimadı tam olaraq itirib. Adını demokratik dəyərlərin daşıyıcısı qoyan Makron əsl diktator kimi davranır.

İğtişaşlar kütləvi itaətsizlik yaradır. Makron hakimiyyəti isə dünyanı bölüşdürüb pay götürmək eşqindədir. 

AŞPA-nın İnsan hüquqları üzrə alt komitəsinin sədri, Azərbaycan Milli Məclisinin deputatı Kamal Cəfərov Fransada baş verən hadisələrlə əlaqədar “Twitter” hesabında bəyanat yayıb.

“Fransada 17 yaşlı Əlcəzair əsilli gəncin polis tərəfindən öldürülməsi xəbərindən dəhşətə gəldim. Sosial şəbəkələrdə yayılan videoda silah səsi eşidilməzdən əvvəl polis məmurunun avtomobilin sürücüsünə silah doğrultması əks olunub. Yeniyetmə döş qəfəsindən aldığı güllə yaralarından dünyasını dəyişib”, - deyə Kamal Cəfərov bildirib.
Deputat qeyd edib ki, ötən il Fransada yol-nəqliyyat hadisələri zamanı polisin açdığı atəş nəticəsində rekord 13 ölümdən sonra bu, 2023-cü ildə belə şəraitdə baş verən ikinci ölümlə nəticələnən hadisə idi.

““Reuters” agentliyinin məlumatına görə, 2021 və 2022-ci illərdə baş verən ölümcül atışmalarda qurbanların əksəriyyəti qaradərili və ya ərəb mənşəli olub”, - deyə o əlavə edib.

O çağırış edib ki, Fransa hakimiyyət orqanları polisin hədsiz güc tətbiq etməsinin arxasındakı sistemli və etnik mahiyyəti araşdırsın. Deputat qeyd edib ki, Fransa hökuməti ədalətin bütün qurbanlar üçün vaxtında və adekvat şəkildə təmin edilməsi üçün səylərini artırsın.

“İkincisi, mən Fransa hakimiyyətini Nanterredə nümayişçilərin nümayişi və müdafiəsi hüququna hörmət etməyə çağırıram”, - deyə Kamal Cəfərov fikrini yekunlaşdırıb.

0.020810127258301