Zaxarovadan Azərbaycanın suverenliyinə hörmətsizlik - AÇIQLAMA

Zaxarovadan Azərbaycanın suverenliyinə hörmətsizlik - AÇIQLAMA
 

"Moskva Dağlıq Qarabağda artan silahlı insidentlərdən və atəşkəs rejiminin pozulmasından narahatdır".

Paralel.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya təmkinli olmağa və sülhməramlı komandanlıq ilə əməkdaşlıq edərək mübahisəli məsələləri dinc, siyasi və diplomatik yollarla həll etməyə çağırır.

“Laçın dəhlizinin blokunun tamamilə açılması və mülki əhalinin normal yaşaması üçün şəraitin yaradılması ilə bağlı tədbirlərin tezliklə görülməsi, vəziyyətin deeskalasiyasına kömək edərdi”.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Qarabağ bölgəsini “Dağlıq Qarabağ”, Laçın yolu və NBM-i isə “dəhliz” adlandıraraq Azərbaycanın suverenliyinə hörmətsizlik nümayiş etdirməkdə davam edir.

Paralel.az

0.015676975250244