İsrailin Rusiyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı

İsrailin Rusiyadakı müvəqqəti işlər vəkili XİN-ə çağırıldı
 

İsrailin Rusiyadakı müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb.

Paralel.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, buna səbəb olaraq İsrailin Ukraynadakı səfiri Mixail Brodskinin açıqlamaları göstərilib.

Qeyd edək ki, diplomat “İTON-TV” kanalına müsahibə verib. O bildirib ki, Bandera, Şuxeviç, Melnik və sair kimi şəxsiyyətlərə münasibətlər fərqlidir və ukraynalıların əksəriyyəti onları qəhrəman kimi görür:

“Həqiqətən də bu insanlar nasizm ideologiyasını dəstəkləyiblər. Ukraynanın müstəqilliyi uğrunda apardıqları mübarizənin bir hissəsi olaraq, onlar Ukraynanı yəhudisiz, eləcə də polyaksız, kommunistsiz və yəqin ki, qeyri millətlərin nümayəndələri olmadan görmək istəyiblər.

Ukrayna xalqı isə təbii ki, öz şəxsiyyətinin, qəhrəmanlarının axtarışındadır. Təbii ki, biz bu şəxsləri sevmirik, lakin əksər ukraynalılar üçün onlar müstəqillik uğrunda mübarizə aparmış qəhrəmanlardır. Ukraynaya dəstəyimizi və yardımımızı davam etdirmək üçün bu ölkədə küçələrin adının dəyişdirilməsini dayandırmağı və ya Bandera ilə Melniki qəhrəman adlandırmamağı tələb etməyimiz düzgün olmazdı”, - deyə o qeyd edib.

Rusiya XİN-ə çağırılan İsrail diplomatına nasizmə haqq qazandırmaq cəhdlərinə qarşı səylərin vacibliyi bildirilib.

0.19474411010742