Elçin Məsiyev Çempionlar Liqasının oyununa təyinat alıb

Elçin Məsiyev Çempionlar Liqasının oyununa təyinat alıb
 

Azərbaycanın FIFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb.

Paralel.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, o, Litvada “Jalgiris” və Şimali Makedoniyanın “Struqa” komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının I təsnifat mərhələsnin ilk oyununu idarə edəcək.

Məsiyevə laynsmanlar qismində Elşad Abdullayev və Pərvin Talıbov yardımçı olacaq.

Dördüncü hakim funksiyasını isə Kamal Umudlu yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

0.010087966918945