“Azəriqaz” İB-nin ANAMA-da təlim keçmiş 4 əməkdaşı mina təhlükəsizliyi barədə məlumatlarını bölüşdü

“Azəriqaz” İB-nin ANAMA-da təlim keçmiş 4 əməkdaşı mina təhlükəsizliyi barədə məlumatlarını bölüşdü
 

Ölkə başçısının müvafiq Sərəncamı ilə 2023-cü ildə SOCAR “Azəriqaz” İstehsalat Birliyi tərəfindən işğaldan azad olunmuş rayonlarda yaşayış məntəqələrinin daşıyıcı qaz kəmərlərinin və qaz tənzimləyici məntəqələrinin tikintisi nəzərdə tutulub. Bu məqsədlə Birliyin inzibati binasında “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində işğaldan azad olunmuş rayonlarda yaşayış məntəqələrinin qazlaşdırılması işlərinə cəlb edilməsi nəzərdə tutulan işçilər üçün növbəti təlim təşkil edilib. Görüş ANAMA (Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin) tərəfindən xüsusi təlim keçmiş “Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən həyata keçirilib. Təlim iştirakçılarına mina hadisələrindən qorunmaq və təhlükə riskini azaltmaq üçün müvafiq bukletlər və təlimatlar paylanılıb.

Məlumat üçün bildirək ki, Birliyin 4 əməkdaşı ANAMA əməkdaşları tərəfindən “Təlimçilərin təlimi” formatında təlimlərə cəlb olunub, Agentlik tərəfindən müvafiq sertifikatla təltif edilib.

"Paralel.az"

 

 

0.020046949386597