Vətən müharibəsində beş medalla təltif olunan Qazi, Ali Baş Komandana müraciət etdi- FOTO/FAKTLAR

Vətən müharibəsində beş medalla təltif olunan Qazi, Ali Baş Komandana müraciət etdi- FOTO/FAKTLAR
 

Samurat İbrahimov Qubadlının azad olunması əməliyyatlarında iştirak edərkən baş və boğaz nayihəsindən ağır yaralanır, üç gün komada qalır və onun ilk müalicəsi Füzuli rayonu ərazisindəki hərbi hospitalda həyata keçirilir.

Son bir neçə gündür ki, Bakı şəhəri, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid-46 ünvanında, Laçın rayonu, Təzəkənd ərazi dairəsinin Ərdəşəvi kəndində qeydiyyatda olan Rafiq İbrahimov və Nuru İbrahimov İsa oğlu (Bu iki şəxs doğma qaraşdırlar) adlı şəxslərə məxsus, ümumi sahəsi 0,0597 ha torpaq sahəsinin də daxil olduğu ərazidə tikintisi davam etdirilən doqquz mərtəbəli binanın taleyi geniş ictimai müzakirələrə səbəb olmaqdadır. Qeyd olunan belə bir problemlə bağlı tərəfimizdən apardığımız araşdırmalar zamanı onu dəqiqləşdirə bildik ki, Masazır qəsəbəsi, Əliağa Vahid-46 ünvanında Laçın rayonu, Təzəkənd ərazi dairəsinin Ərdəşəvi kəndində qeydiyyatda olan Rafiq İbrahimov, doğma qardaşı Nuru İbrahimovla birlikdə aldığı və onun razılığı əsasında öz adına rəsmləşdirdiyi 0,0597 ha torpaq sahəsinə 28 sentyabr 2010-cu ildə Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Abşeron Ərazi İdarəsindən reyestr nömrəsi 308013025667 olan Çıxarış alır və 25 sentyabr 2010-cu il tarixdə isə, “Torpaq Sahəsinin Planı və Ölçüsü” sənədini əldə etməyə də müvəffəq olur.  

Bu torpaq sahəsi DƏDRX-nin Abşeron Ərazi İdarəsindən verilmiş Çıxarışa əsasən Rafiq İbrahimovun şəxsi mülkiyyətində olsa da, o, həmin torpaq sahəsini Laçın rayonu, Ərdəşəvi kəndində qeydiyyatda olan, Vətən müharibəsi qazisi İbrahimov Samurat Nuru oğluna Bakı şəhəri 50 saylı notariat kontorunun 16 iyun 2021-ci il tarixdə təsdiq etdiyi ETİBARNAMƏ əsasında on il müddətinə etibar edir. Yəni, ETİBARNAMƏ 16 iyun 2031-ci il tarixə qədər qüvvədədir və mövcud qanunvericiliyin tələblərinə görə, Samurat İbrahimov on il müddətinə qeyd olunan torpaq sahəsi üzərində təmsilçilik hüququ əldə edib. Bu şəxsin həyat və fəaliyyəti haqda lazımi məlumatları əldə etdikdə bəlli oldu ki, o, 06 may 1992-ci ildə Laçın rayonunun Ərdəşəvi kəndində anadan olmuş və azyaşlı vaxtında ikən doğma torpaqlarından məcburi köçkün düşmüşlər. Samurat İbrahimov orta təhsilini uğurla başa vurduqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Laçın Rayon Bölməsindən könüllü həqiqi- hərbi xidmətə yola düşür və 2010-2012-ci illərdə Tovuz rayonu ərazisində ön cəbhədə hərbi xidmətdə olur. Elə ki, 27 sentyabr 2020-ci il tarixdə Ermənistan Silahlı Qüvvələrinin cəbhəboyu ərazilərdə genişmiqyaslı növbəti təxribatları baş verir, o halda Samurat İbrahimov da qismən səfərbərlik elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncam əsasında könüllü hərbi xidmətə yola düşür. Hətta o, həmin ilin 01 oktyabrından Füzuli, Cəbrayıl, Qubadlı və Xocavənd rayonlarının erməni işğalçı qüvvələrindən azad olunması əməliyyatlarında yaxından iştirak edir və döyüş bölgələrində lazımi qəhrəmanlıqlar göstərir. Bu şəxs Qubadlının azad olunması əməliyyatlarında iştirak edərkən baş və boğaz nayihəsindən ağır yaralanır və üç gün komada qalsa da,  ilk müalicəsi Füzuli rayonu ərazisindəki hospitalda həyata keçirilir. Az sonra müalicəsinin Bakı şəhərində davam etdirilməsi məqsədəuyğun bilinir. Hal-hazırda Samurat İbrahimov Vətən müharibəsi veteranıdır. Atası Nuru İbrahimov həm Birinci Qarabağ müharibəsinin iştirakçısı, həm də Qarabağ müharibəsi veteranıdır. Vətən müharibəsinin davam etdiyi vaxtlarda göstərdiyi xidmətlərə və igidliyə görə Samurat İbrahimov, Prezident İlham Əliyevin imzaladığı Sərəncam əsasında “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunur.

Bəli, belə bir həyat yolları keçən, Vətən müharibəsi dövründə erməni işğalçı qüvvələrinə sarsıdıcı zərbələr endirən Samurat İbrahimov, xeyli müddətdir ki, tamahkar işbazların “toruna düşüb”. Yəni, Rafiq İbrahimov qardaşı Nuru İbrahimovla birlikdə aldığı və qardaşıoğlu Samurat İbrahimova etibar etdiyi 0,0597 ha torpaq sahəsi tikinti maqnatları tərəfindən “işğal olunub”. Təəssüf doruran hal odur ki, İkinci Qarabağ müharibəsinin davam etdiyi vaxtlarda  göstərdiyi xidmətlərə və igidliyə görə beş medalla təltif olunan bu şəxs, hal-hazırda düşdüyü “bəsit burulğan”dan heç cür çıxa bilmir. Abşeron rayon rəhbərliyinin yaşanan problemə heç bir reaksiya verməməsi, məqsədli şəkildə susması və s., bu gün də ortaya çoxsaylı sualların çıxmasına səbəb olmaqdadır. Deməli, ...

Onu da qeyd edək ki, 2021-ci ildə Abşeron RİH-nin sabiq başçısı İradə xanım Gülməmmədova, Masazır qəsəbəsi, Əliağa Vahid-46 ünvanında inşaası həyata keçirilən doqquz mərtəbəli binaya aid sənədlərin qaydasında olmaması və digər səbəblər üzündən, həmin tikilidə işlərin dayandırılması üçün aidiyyatı üzrə lazımi tapşırıqlarını verir. Bundan əlavə, 2022-ci ilin sentyabr ayında qeyd olunan binada tikinti işlərinin dayandırılması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən qərar verilsə də, tikinti işlərinə cavabdehlik daşıyan şəxs və ya şəxslər verilmiş qərara məhəl qoymurlar. Düşündürücü hal odur ki, 19 yanvar 2022-ci il tarixdə Abşeron Rayon İcra Hakimiyyətinə başçı təyin olunan Abdin Fərzəliyev, bir müddət bundan öncə qeyd olunan binada tikinti işlərinin davam etdirilməsinə “yaşıl işıq” yandırır. Bu yöndə məlumatları eşidib ehtimal etmək olar ki, RİH-nin başçısının tikinti işlərinin davam etdirilməsinə “yaşıl işıq” yandırması, məhz hansısa maraqlar əsasında baş tutur. O halda ortaya qeyri-adi bir sual da çıxır ki, görəsən həmin tikilinin başı üstündə günəşmi çıxdı, aymı göründü, xəzan küləyimi əsdi, yoxsa hansısa möcüzəli hadisəmi baş verdi ki, rayon rəhbərliyi belə bir “humanist addım”ını atmaq qərarına gəldi? Yazıda adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

Bu yöndə araşdırmamız davam edəcək. Bizi izləyin.

Mirzə, GundemXeber.Az

0.025161027908325