Elm və Təhsil Nazirliyi 3 milyonluq tender keçirdi

Elm və Təhsil Nazirliyi 3 milyonluq tender keçirdi
 

Elm və Təhsil Nazirliyinin şəbəkə infrastrukturuna, təhsil müəssisələrində yerləşən şəbəkə və İKT avadanlıqlarına, həmçinin işə qəbul, sertifikasiya, beynəlxalq tədqiqat və sair bu tipli tədbirlərin təşkili zamanı İKT avadanlıqlarına texniki dəstək xidmətlərinin satın alınması ilə bağlı təkliflər sorğusu keçirib.

Paralel.az ” xəbər verir ki, sorğunun qalibi “Azedunet” MMC olub.

Qalib təşkilatla 3 108,901 min manat məbləğində satınalma müqaviləsi imzalanıb.

Könül
Paralel.az

 

0.012516021728516