ABŞ Ukraynaya 500 milyonluq yardım göndərir

ABŞ Ukraynaya 500 milyonluq yardım göndərir
 

Çərşənbə axşamı ABŞ Ukraynaya 500 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcək.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, bu paketə “Bradley” döyüş maşınları və “Stryker” zirehli personal daşıyıcıları daxildir.

"Hərbi yardım paketinə yerüstü nəqliyyat daxildir. 30 "Bradley" döyüş maşını və 25 "Stryker" zirehli personal daşıyıcısının daxil olacağı gözlənilir. Yardım paketi çərçivəsində Ukrayna yüksək mobil artilleriya raket sistemləri (HIMARS) üçün sursat, tank əleyhinə silahlar, o cümlədən “Javelin”, “Patriot” və “Stinger” zenit sistemləri üçün sursatlar əldə edəcək”, - deyə bildirilib.

0.1122579574585