31 il əvvəl dediyi qurbanı Laçında kəsdi - FOTOLAR

31 il əvvəl dediyi qurbanı Laçında kəsdi - FOTOLAR
 

İyunun 25-də doğma Laçın şəhərinə köçən Qardaşxan Dostuyev 31 il əvvəl dediyi qurbanı kəsib. 

Paralel.az xəbər verir ki, "AZƏRTAC"la həmsöhbət olan ailə başçısı yenidən doğma yurduna qovuşmağın hansı hisslər ifadə etdiyini dilə gətirib:

O, dediyi qurbanla bağlı bunları xatırlayıb: "Laçın işğal olunanda biz buranı tərk etməli olduq. Həmin vaxt Laçına dönməyimiz üçün qurban demişdim. Bu gün bizə qismət oldu, dediyimi qurbanı doğma Laçınımda və öz evimdə kəsdim. Tanrı bütün edilən duaları, kəsilən qurbanları qəbul etsin. Biz bir an belə ümidimizi itirmədik, səbir etdik və bu gün Laçına qovuşmuşuq. Əminik ki, bundan sonra da Laçında xoşbəxt günlərimiz, firavan həyatımızı yaşayacağıq. Burada dövlətin qayğısını hər an hiss edirik. Laçınımız bizi daha gözəl, daha abad şəkildə qarşılayıb”.



0.014720916748047