Ekspertizanın rəis əvəzi Rəhim kimlərin sifarişin icra edir...- SAHİBKAR İTTİHAM EDİR CAVAB VERƏN YOXDUR VİDEO
Sahibkar Ramil Aslanov Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MƏHKƏMƏ EKSPERTİZASI MƏRKƏZİNİN qarşısında media nümayəndələrinə müsahibə verib.
O, müsahibə zamanı qeyd edib ki, idarənin rəhbər şəxslərindən olan Rəhim Rəhimov Ədliyyə nairliyindən xəbərdarlıq alsada qanunsuz əməlindən geri durmayıb. İzahı olmayan rəy verərək yenidən mənim media vasitəsi ilə Prezident İlham Əliyevə Ədliyyə Naziri Fikrət Məmmədova və Baş Prokuror Kamran Əliyevə müraciət etməyimə məcbur etdi.
BAKUNEWS.AZ: Ramil Aslanov müsahibə verdiyi anda Etiiram adlı ekspertin yəni sahibkarın malına qiymət təyin etmiş şəxsində idarədən çıxışını müşahidə etdiyimizdən ondanda məsələyə münasibət verməsi üçün jurnalistlər arxasınca getdi.
Lakin Etiram bəy məsələyə münasibət bildirmək əvəzinə sahibkarın yalan danışdığını heçdə onun dediyi kimi hər şeyin olmadığını qeyd etdi. Məsələyə ətraflı açıqlama verməsi tələbi olan jurnalistlərin suallarından qorxaraq dediyi sözlərin peşmanlığı ilə təcili şəkildə yenidən idarənin inzibati binasına iriaddımlarla qayıdaraq mühafizə edilən qapıların arxxasında gizləndi.
R.Aslanov isə bunların göstərdiyi tavrların və ədalı danışıqlarına aydınlıq gətirərək Broker sisteminin 6 ay müddətində yenidən qurulması və kiçik iş adamlarını tamamilə özlərindən asılı durumda saxlama məqsədi olduğunada işarə etdi. Məsələ ilə bağlı tam danışıq videoda əks edilmişdir.
Həmin video müsahibəni sizə təqdim edirik: