Mehdiyevlərin satdığı şirkət adını dəyişdi

Mehdiyevlərin satdığı şirkət adını dəyişdi
 

“BTB Kapital” ASC-nin adı dəyişdirilib.

Paralel.az ”ın məlumatına görə, şirkətin yeni adı “Assist Finance İnvestisiya Şirkəti” ASC olub.

Xatırladaq ki, daha əvvəl “Bank BTB” ASC-nin törəmə şirkəti olan “BTB Kapital” ASC 06.04.2023 tarixində imzalanan 350 min manatlıq ticarət müqaviləsi ilə şirkətin keçmiş direktoru Ruslan Cəfərova satılmışdı.

Qeyd edək ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.

 

 

0.016355037689209