Baydenin impiçment məsələsi səsə qoyuldu

Baydenin impiçment məsələsi səsə qoyuldu
 

ABŞ Konqresinin Nümayəndələr Palatası ölkə Prezidenti Co Baydenə qarşı impiçment prosedurunun başlanmasına səs verib.

İmpiçment təklifi konqresmenlərin əksəriyyəti tərəfindən dəstəklənib.

Belə ki, 219 nəfər təklifin lehinə, 208 nəfər əleyhinə səs verib.

C. Bayden ona tapşırılan işləri icra edə bilməməkdə, həmçinin ölkə sərhədlərinin qorunmasında yol verdiyi nöqsanlara görə ittiham edilir.
Hətta bəzi konqresmenlər hesab edir ki, Co Bayden ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaradır.

0.014532089233398