Putin Lukaşenkoya təşəkkür etdi

Putin Lukaşenkoya təşəkkür etdi
 

Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenkoya təşəkkür edib.

Paralel.az ” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Belarus Prezidenti rusiyalı həmkarına “Vaqner”in rəhbərliyi ilə danışıqların nəticələri barədə ətraflı məlumat verib. Rusiya Prezidenti belaruslu həmkarını dəstəkləyib və görülən işlərə görə təşəkkür edib”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə danışıqlar aparıb. Priqojin Lukaşenkonun “Vaqner” qüvvələrinin hərəkətini dayandırmaq təklifini qəbul edib.

0.01537299156189