Azərbaycanda SES-in tikintisində dörd milyon manatdan çox uyğunsuzluq aşkar edilib

Azərbaycanda SES-in tikintisində dörd milyon manatdan çox uyğunsuzluq aşkar edilib
 

36 MVt gücü olan Ordubad Su Elektrik Stansiyasının tikintisi üzrə 2011-22-ci illərdə rəsmiləşdirilmiş “Yerinə yetirilmiş işlərin qəbul Aktları”ndakı işlərə fiziki baxış zamanı işlərin mövcudluğu araşdırılarkən ƏDV-siz 4 milyon 317 min 988,9 manat dəyərində uyğunsuzluqlar müəyyən olunub.

APA xəbər verir ki, bu barədə Hesablama Palatasının “Dövlət auditi jurnalı”nda bildirilib.

Qeyd edək ki, Ordubad Su Elektrik Stansiyasının tikintisinə Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında 14.11.2010-cu il tarixində bağlanmış enerji və nəqliyyat sahəsində Anlaşma Memorandumuna əsasən başlanılıb. 09.04.2014-cü il tarixində Azərbaycan Respublikası Prezidentinin İrana rəsmi səfəri zamanı isə Azərbaycan Respublikası və İran İslam Respublikası hökumətləri arasında “Ordubad və Marazad Su Elektrik Stansiyalarının tikintisi və istismarı”na dair Saziş imzalanıb.

0.029778003692627