“Azərkosmos”un gəlirlərində ciddi azalma

“Azərkosmos”un gəlirlərində ciddi azalma
 

2023-cü ilin yanvar-may aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) tərəfindən dünyanın 42 ölkəsinə 7,8 milyon ABŞ dolları dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

Paralel.az ” xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27,8% azdır.

2023-cü ilin may ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,6 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib ki, bu da ötən ilin may ayı ilə müqayisədə 30,4% azdır.

“Azərkosmos” xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77%-ni təşkil edib. 

0.013206958770752