Putin Priqojinin “Vaqner” Xüsusi Hərbi qrupunu xalqa xəyanətdə ittiham etdi
Rusiyanın “Vaqner” Xüsusi Hərbi qruplaşmasının başçısı Yevgeni Priqojin Rusiya ordusuna qarşı əməliyyata başlayacağını bildirib. O iddia edib ki, Rusiya MN Vaqnerin arxa cəbhəsinə zərbələr endirib, itkilər var. Rusiya MN isə vəziyyəti təxribat adlandırıb və məlumatların həqiqətə uyğun olmadığını bildirib. Artıq Priqojin barədə Putinə məruzə edilib. Bütün lazımlı tədbirlər alınıb.
FSB-nin Yevgeni Priqojinə qarşı silahlı üsyana cəhd ittihamı ilə bağlı cinayət işi açdığı bildirilir.
Dünən gecədən bəri "Vaqner" dəstələrinin Rusiyanın Rostov, Volqoqrad və Voronejdəki bütün hərbi obyektlərini ələ keçirdiyi bildirilir. Hələ ki, Rusiya ordusunun müqaviməti sezilmir. Putin çıxışında bütün baş verənləri xəyanət adlandırıb, baş verənlərə sərt reaksiya veriləcəyini bildirib. "Vaqner" isə Putinin səhv seçim etdiyini, tezliklə yeni prezidentlərinin olacağı açıqlamasını edib.